Azad edilmiş ərazilərdə yolların çəkilişinə xərclənən vəsaitin MƏBLƏĞİ

Azad edilmiş ərazilərdə yolların çəkilişinə xərclənən vəsaitin MƏBLƏĞİ

Hazırda oxunan: Azad edilmiş ərazilərdə yolların çəkilişinə xərclənən vəsaitin MƏBLƏĞİ

66775

Ötən il işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən 16 avtomobil yolu layihəsinin icrasına xərclənən vəsait məlum olub.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatı”nda yer alıb.

Hesabatda qeyd edilib ki, 1 milyard 590, 3 milyon manat işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən 16 avtomobil yolu layihəsinin icrasına və bu ərazilərdə istifadə etmək üçün maşın-mexanizm alınması üçün sərf edilib.

Vətən müharibəsi dövründə avtomobil yollarına və yol qurğularına dəymiş ziyanın aradan qaldırılması məqsədilə ayrılmış vəsait hesabına isə 2021-ci ildə Naftalan şəhərində, Goranboy, Daşkəsən və Tərtər rayonlarında ümumilikdə 44,2 km asfalt-beton örtüklü avtomobil yolu və 2 ədəd körpü bərpa edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO