Azərbaycanda KAĞIZ QITLIĞI - Çap sənayesində böhran və bahalaşma yaranıb

Azərbaycanda KAĞIZ QITLIĞI - Çap sənayesində böhran və bahalaşma yaranıb

Hazırda oxunan: Azərbaycanda KAĞIZ QITLIĞI - Çap sənayesində böhran və bahalaşma yaranıb

66012

Rusiya daxilində gedən iqtisadi kataklizm bu dəfə kağız bazarını vurub. 

Böyük istehlakçıların hər hansısa bir “qıtlıq” problemi ilə üz-üzə qaldıqda dövriyyəyə buraxmadığı kağız məmulatları və onların təxmin ediləsi bahalaşması digər sənaye sahələrini tərəddüdlər keçirməsinə səbəb olur.

Bizim.Media Rusiya Statistika Komitəsinə (Rosstat) istinadən xəbər verir ki, 2017-ci ildən bəri Rusiyanın kağız istehsalı 2,5 dəfə azalıb. Az sayda istehsal əsasən ixraca gedir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan gübrə və ərzaq buğdasının ixracına QADAĞA – Azərbaycanın çıxış yolu varmı?  


İndi Azərbaycan kağız bazarında böhranlı vəziyyətin yarandığı deyilir. Son günlər çap sənayesi ilə məşğul olan müəssislərdə həyəcan təbili çalınmağa başlayıb. Onların söyləməsinə görə, artıq 10 gündür ki, kağız anbarlarında offset kağızı, təbaişirli kağızlarda, eləcə də karton çatışmazlığı yaranıb. Qiymətlərin artmasına baxmayaraq kağız tapılmır.

İqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə bu müvəqqəti haldır. Rusiya bəzi məhsulları ixrac etməkdə maraqlıdır, o cümlədən kağızı:

“Məsələn, buğda yox, amma kağız məhsullarının ixracına qadağa qoyulmur. Həmçinin, Rusiyada meşə təsərrüfatının inkişafını nəzərə alsaq, burada kağız təminatı genişdir”.

Akif Nəsirli qeyd edir ki, bu ticarət dövriyyəsində Azərbaycan və Rusiya arasında sadəcə hesablaşmalarda problem yarana bilər.

“Hər halda bu iki dövlət razılığa gələcəkdir. Azərbaycan üçün ən ucuz kağız təminatçısı Rusiyadır. Bundan dolayı, Azərbaycanda kağız qıtlığının yaranacağını düşünmürəm. Tezliklə müvəqqəti çətinlik aradan qaldırılacaq. Qiymət artımı isə, təbii ki, bu sahədə də özünü göstərəcək”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO