Zahid Oruc:

Zahid Oruc: "Bərdə rayonunun daha iki kəndinə təbii qaz verilib"

Hazırda oxunan: Zahid Oruc: "Bərdə rayonunun daha iki kəndinə təbii qaz verilib"

65813
Bərdə rayonunun Körpüquran və Şirvanlı kəndlərinə təbii qaz verilib.

Moderator.az xəbər verir ki, bu barədə sözügedən rayondan Milli Məclisin (MM) deputatı olan Zahid Oruc məlumat verib.

Onun dediyinə görə,  münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz”x9d İstehsalat Birliyinin təmsilçiləri , o özü,  həmçinin,  kənd sakinləri iştirak ediblər.

Çıxış edənlər sakinləri 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Umumilikdə 626 abonenti olan Körpüquran və Şirvanlı kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 28 min 302 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 47 ədəd siyirtmə, 626 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Sakinlər bayram ərəfəsində kəndlərin “mavi yanacaq”x9dla təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO