Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan olunan ikinci qrant müsabiqəsində qalib gələn 13 startap layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub.
Bizim.Media xəbər verir ki, layihələrin maliyyələşdirilməsinə təqribən 248 min manat vəsaitin ayrılması nəzərdə tutulur.
Vəsait yaxın günlərdə qalib KOB-ların bank hesablarına köçürüləcək.
Qeyd edək ki, birinci qrant müsabiqəsində qalib gələn 15 KOB subyektinin layihəsi təqribən 280 min manat məbləğində maliyyələşdirilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, Agentlik tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunacaq.
"Şəffaflığın və hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılacaq və layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq", - deyə O. Məmmədov qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:12 / 16.03.2022
Dövlət xətti ilə daha 13 startap layihəsi maliyyələşdiriləcək
Hazırda oxunan: Dövlət xətti ilə daha 13 startap layihəsi maliyyələşdiriləcək
Hazırda oxunan: Dövlət xətti ilə daha 13 startap layihəsi maliyyələşdiriləcək
65149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.