“Brent” markalı neftin bir barel üçün qiyməti 130 ABŞ dollarını keçərək 2012-ci ilin ən yüksək qiyməti olan 128 dolları ötüb.
Bu barədə Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 3:28-ə olan məlumata görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 9,35% artaraq bir barel üçün 129,06 dollar olub. WTI markalı aprel fyuçersləri 9,68% artaraq 126,12 dollara çatıb.
Eyni zamanda, ticarət məlumatlarına görə, saat 3:06-da “Brent” markalı neftin qiyməti təxminən 130,3 dollara çatıb. Maksimal qiymət 130,89 dollar olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
08:22 / 07.03.2022
“Brent” markalı neftin qiyməti 130 dolları keçdi
Hazırda oxunan: “Brent” markalı neftin qiyməti 130 dolları keçdi
Hazırda oxunan: “Brent” markalı neftin qiyməti 130 dolları keçdi
63485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.