SWIFT-dən ayrılan Rusiyanın VTB Bankı: “Müştəri xidmətinə təsir etməyəcək”

SWIFT-dən ayrılan Rusiyanın VTB Bankı: “Müştəri xidmətinə təsir etməyəcək”

Hazırda oxunan: SWIFT-dən ayrılan Rusiyanın VTB Bankı: “Müştəri xidmətinə təsir etməyəcək”

62798

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Rusiyanın 7 bankını SWIFT-dən ayırıb. VTB Bankı mövzuya münasibətini bildirib. 

Bizim.Media xəbər verir ki, qurum “SWIFT sistemindən ayrılmaq bankımızın müştəri xidmətinə təsir etməyəcək” sözlərini deyib. 

"Bu qərar VTB-nin korporativ müştəriləri tərəfindən beynəlxalq köçürmələrin həyata keçirilməsi ilə bağlı mövcud vəziyyəti dəyişmir. Bankın fərdi müştərilərinə xaricə köçürmələr artıq mövcud deyil”, - bankdan bildiriblər.

Xatırladaq ki, Aİ bir az öncə VTB, Rossiya, Otkritie, Novikombank, Promsvyazbank, Sovcombank və VEB.RF  banklarını SWIFT-dən ayırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO