ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamalarından sonra neft qiymətləri 10%-dən çox ucuzlaşıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 15,09 dollar (13,45%) azalaraq bir barel üçün 97,1 dollara düşüb.
Eyni zamanda, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin may fyuçersləri 11,77 dollar (11,98%) ucuzlaşaraq 86,46 dollar/barel səviyyəsinə enib.
Xatırladaq ki, ötən həftə ərzində Brent nefti 8,8% bahalaşdığı halda, WTI nefti 0,4% ucuzlaşıb. ABŞ-nin strateji ehtiyatlardan neft buraxmağa başlaması nəticəsində iki marka arasındakı qiymət fərqi son illərin maksimumuna çatıb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
16:49 / 23.03.2026
Neft kəskin ucuzlaşır
Hazırda oxunan: Neft kəskin ucuzlaşır
Hazırda oxunan: Neft kəskin ucuzlaşır
603025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































