Türkiyə Azərbaycana investisiyaları artıracaq - Ata Köseoğlu

Türkiyə Azərbaycana investisiyaları artıracaq - Ata Köseoğlu

Hazırda oxunan: Türkiyə Azərbaycana investisiyaları artıracaq - Ata Köseoğlu

601601

Türkiyə Azərbaycana investisiyaları qorumaq və artırmaq ambisiyalarını nümayiş etdirir.

Bizim.Media xəbər verir ki, bunu bu gün XIII Qlobal Bakı Forumunda "Son regional münaqişə Yaxın Şərqi necə dəyişir" mövzusunda əlavə sessiya zamanı Rothschild & Co Turkey şirkətinin İdarə Heyətinin sədri Ata Köseoğlu deyib.

Onun sözlərinə görə, hazırda türk podratçılarının Azərbaycanda əhəmiyyətli layihələri var.

"Zəngəzur Dəhlizi layihəsi çərçivəsində müqavilələrin və işlərin əksəriyyəti Türkiyə mütəxəssisləri tərəfindən həyata keçirilir, lakin bu, sadəcə rəqəm məsələsi deyil. Ümid edirəm ki, Türkiyə və Azərbaycan da daxil olmaqla, bütün tərəflərə fayda verəcək alternativlər ortaya çıxacaq. Avropa enerji baxımından bu bölgədən çox asılı olduğundan, investisiya və infrastruktur baxımından hələ öyrəniləcək çox şey var", - deyə o bildirib.
 

O, həmçinin qeyd edib ki, faydalar yalnız Azərbaycanla məhdudlaşmır; bu, ikitərəfli bir prosesdir. Məsələn, enerji ilə yanaşı, Azərbaycan Avropaya investisiya qoymağa başlayıb.


"Cənub-Şərqi Avropa ilə bu bölgə arasında qarşılıqlı əlaqəni nə qədər çox müşahidə etsək, qarşılıqlı asılılıq bir o qədəraydın olur. Bu, sabit enerji təchizatı və davamlı sülh üçün perspektivlər açır", - deyə o vurğulayıb. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO