Azərbaycanda ənənəvi olmayan, ölkədə əti yeyilməyən heyvanların siyahısının hazırlanması və bu kateqoriyaya aid ət satışının qadağan edilməsi təklif edilir.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd olunur ki, son zamanlar satışa mənşəyi bilinməyən ətin çıxarılması kütləvi zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur və insanlarda ciddi narahatlıq yaradır.
Qeyd olunur ki, ət satışında qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər. Bildirilir ki, ənənəvi olmayan və ölkəmizdə əti yeyilməyən heyvanların siyahısının hazırlanmasına və bu kateqoriyadan olan ətlərin satışının qadağan edilməsinə ehtiyac var.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:54 / 13.03.2026
Ət satışında qadağalar olsun - TƏKLİF
Hazırda oxunan: Ət satışında qadağalar olsun - TƏKLİF
Hazırda oxunan: Ət satışında qadağalar olsun - TƏKLİF
601299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































