Bakıda 7, İmişlidə 4,5 faiz... – Bankların əmanət faizlərindəki fərq NƏDƏN QAYNAQLANIR?

Bakıda 7, İmişlidə 4,5 faiz... – Bankların əmanət faizlərindəki fərq NƏDƏN QAYNAQLANIR?

Hazırda oxunan: Bakıda 7, İmişlidə 4,5 faiz... – Bankların əmanət faizlərindəki fərq NƏDƏN QAYNAQLANIR?

599241

31 yanvar 2026-cı il tarixinə regionlar üzrə cəlb olunmuş əmanətlərin orta faiz dərəcələrinin təhlili göstərir ki, regionlar arasında müəyyən fərqlər mövcuddur. Mərkəzi Bankın məlumatlarından aydın olur ki, ən yüksək orta faiz dərəcəsi Abşeron-Xızı iqtisadi rayonunda, ən aşağı göstərici isə Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

2026-cı il üçün dolların məzənnəsi - Bu tarixdən kəskin BAHALAŞA BİLƏR


Abşeron-Xızı iqtisadi rayonu – 7,04%

Gəncə-Daşkəsən iqtisadi rayonu – 6,92%

Qazax-Tovuz iqtisadi rayonu – 6,75%

Quba-Xaçmaz iqtisadi rayonu – 6,43%

Mərkəzi Aran iqtisadi rayonu – 6,36%

Lənkəran-Astara iqtisadi rayonu – 6,29%

Dağlıq Şirvan iqtisadi rayonu – 6,17%

Şərqi Zəngəzur iqtisadi rayonu – 5,98%

Şəki-Zaqatala iqtisadi rayonu – 5,88%

Qarabağ iqtisadi rayonu – 5,57%

Şirvan-Salyan iqtisadi rayonu – 5,22%

Naxçıvan iqtisadi rayonu – 5,01%

Bakı iqtisadi rayonu – 5,06%

Mil-Muğan iqtisadi rayonu – 4,49%

Regionlar üzrə əmanətlərin orta faiz dərəcələrinin təhlili göstərir ki, maksimal göstərici 7,04%, minimal göstərici isə 4,49% təşkil edir. Beləliklə, regionlar arasında fərq 2,55 faiz bəndi səviyyəsindədir ki, bu da kredit faizləri ilə müqayisədə daha məhdud diapazondur.

Ən yüksək orta faiz dərəcəsi Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. 

Ən aşağı faiz dərəcəsi Mil-Muğan iqtisadi rayonunda müşahidə olunur ki, bu da region üzrə əmanət bazarının həcmi, rəqabət səviyyəsi və likvidlik imkanları ilə bağlı ola bilər.

Bakı iqtisadi rayonunda isə faiz dərəcəsi ölkə üzrə orta göstəricidən aşağıdır (5,06%). Paytaxtda əmanət bazasının geniş olması və banklararası rəqabətin fərqli strukturu faizlərin nisbətən sabit və aşağı səviyyədə formalaşmasına şərait yaradır.

Əmanət faizlərinin regionlar üzrə fərqli olmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki,regionlar üzrə cəlb olunmuş əmanətlərin orta faiz dərəcələrinin fərqli olmasının əsas səbəbi hər bölgədə iqtisadi şəraitin və maliyyə bazarının xüsusiyyətlərinin eyni olmamasıdır:

“Məsələn, Bakı kimi iri şəhərlərdə bank sektorunda rəqabət daha güclü olur, əhalinin gəlir səviyyəsi yüksək olur və banklara yerləşdirilən vəsaitlərin həcmi çox olur. Bu zaman banklar daha aşağı faizlə də kifayət qədər əmanət cəlb edə bilirlər.
 

Digər regionlarda isə bank filiallarının sayı az, maliyyə resurslarına çıxış məhdud və əmanət bazası daha kiçik ola bilər. Bu halda banklar müştəri cəlb etmək üçün daha yüksək faiz təklif edə bilirlər.


Bundan əlavə, regionlar üzrə əhalinin gəlir səviyyəsi, biznes aktivliyi, risk dərəcəsi, alternativ investisiya imkanları və bankların likvidlik ehtiyacları da faizlərin formalaşmasına təsir edir. Hər bir bank öz strategiyasına və yerli bazar şərtlərinə uyğun olaraq faiz siyasəti müəyyənləşdirir və nəticədə regionlar arasında orta faiz göstəricilərində fərq yaranır. Regionda hansı bankların populyar olması da faiz dərəcələrinə təsir edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO