Mikayıl Cabbarov:

Mikayıl Cabbarov: "Türk Dövlətləri Təşkilatı üzvləri arasında iqtisadi-ticarət əlaqələri genişlənir

Hazırda oxunan: Mikayıl Cabbarov: "Türk Dövlətləri Təşkilatı üzvləri arasında iqtisadi-ticarət əlaqələri genişlənir

59237

Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə tərəfdaşlığı digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşdə bildirib.

"Bununla belə, son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüslərdir", - M. Cabbarov qeyd edib.

İqtisadiyyat naziri türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu qurumların, xüsusilə Türk Dövlətləri Təşkilatının mühüm rolunu vurğulayıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilata üzv dövlətlərin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, əlaqələrin inkişafını vurğulayıb, yeni istiqamətlər barədə fikirlərini bölüşüb.

Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində tərəfdaşlığın gücləndirilməsi, qurumun VIII Zirvə Görüşündə qəbul edilmiş qərarların icrasına dair müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO