Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən "biletim.az" portalı vasitəsilə onlayn qaydada 739 433 bilet əldə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Onlayn bilet alışının ümumi bilet satışında xüsusi çəkisi 11 ayın nəticəsi üzrə 29,2 %, o cümlədən noyabr ayında 38,1 % təşkil edib.
2024-cü ilin 11 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 21,3 % idisə, cari ilin müvafiq dövründə bu rəqəm 37,3 %-ə yüksəlib.
Xatırladaq ki, "Biletim.az" portalında 56 məntəqə, 86 istiqamət üzrə bilet almaq mümkündür.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
20:18 / 10.12.2025
Avtobus marşrutlarına onlayn bilet satışı ARTDI
Hazırda oxunan: Avtobus marşrutlarına onlayn bilet satışı ARTDI
Hazırda oxunan: Avtobus marşrutlarına onlayn bilet satışı ARTDI
584885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































