Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

Hazırda oxunan: Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

584864

Azərbaycanda 5 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
 

Məlumata əsasən, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası və Bakıda 49 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.


Belə ki, Ağcabədi-Mingəçevir marşrutu üzrə fiziki şəxs Bayramov Bayram İbrahim oğlu, Tərtər-Gəncə marşrutu üzrə fiziki şəxs Nağıyev Azər Kamal oğlu, Gəncə-Qazax marşrutları üzrə fiziki şəxs Həsənov Vüsal Famil oğlu, Qazax-Gəncə marşrutları üzrə hüquqi şəxs "Ağstafa Avtonəqliyyat " ASC və fiziki şəxs Cəfərov Samir Vaqif oğlu, 49 nömrəli şəhərdaxili (metronun "28 May" stansiyası-68 nömrəli məktəb) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC qalib elan olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO