Kriptovalyuta alanlara XƏBƏRDARLIQ – Növbəti ildən etibarən...

Kriptovalyuta alanlara XƏBƏRDARLIQ – Növbəti ildən etibarən...

Hazırda oxunan: Kriptovalyuta alanlara XƏBƏRDARLIQ – Növbəti ildən etibarən...

584862

Kriptovalyutalar 2026-cı ildə kəskin şəkildə ucuzlaşacaq. Bu barədə Danimarkanın “Saxo Bank” bankı məlumat yayıb. Bank bütövlükdə 2026-cı il üçün gözlənilməz proqnozlar paylaşıb.

Hazırkı proqnozlar arasında qızılın qiymətinin 10 min ABŞ dollarına qədər yüksəlməsi, o cümlədən kriptovalyutaların və ABŞ dollarının çöküşü var.
 

“Saxo Bank” vurğulayır ki, hər il yayımlanan “şok edici proqnozlar” daxildən baxış və ya proqnoz deyil; bu, mümkün olmayan ssenariləri təqdim edən eksperimentlərdir, məqsəd isə hadisələr gözlənilməz şəkildə inkişaf edərsə, nə baş verə biləcəyinə dair müzakirələri gücləndirməkdir.


Daha əvvəl bankın analitikləri qızılın qiymətinin unsiyasının 3 min ABŞ dollarına qədər yüksələcəyini, qlobal silahlanma yarışını və Donald Trampın idxal tariflərinin qlobal bazarlara güclü təsirini uğurla proqnozlaşdırıblar.

Təbii ki, bankın növbəti il üçün proqnozları arasında kriptovalyutaların kəskin dəyər itirəcəyi ilə bağlı məsələ xüsusilə diqqət çəkir.

Bəs bu proqnozun reallaşması nə dərəcədə mümkündür?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, ““Saxo Bank” bankı iqtisadiyyatın şoumeni adlandırırlar:

“Bank Beynəlxalq aləmdə sensasion çıxışları ilə tanınıb. Açığı belə çıxışları hesabına da kifayət qədər populyarlıq qazanıb. O ki, qaldı bankın kriptovalyutalar haqqında proqnozuna, açığı mən kriptovalyutalar barədə nikbin fikirdə olmamışam. Çünki kriptovalyutaların arxasında heç bir iqtisadi dəyər dayanmır.

Kriptovalyuta alverçi təxəyyülü ilə dəyər yaradan bir aktivdir.
 

Ona görə də kriptovalyutaların qiymətinin enib qalxması iqtisadiyyatla yox, daha çox xəbər axını ilə bağlıdır. Trampın hakimiyyətə gəlməsi, kriptovalyutalara onun marağının çox olması və Trampın özünün də kriptovalyuta buraxması kriptovalyutaları bahalaşdırdı. Yəni bitkoin və digər koinlər ötən il həddindən artıq bahalaşdı.


Ona görə də biz gələn il tam fərqli mənzərə ilə rastlaşa bilərik. Yəni hansısa siyasi hadisə ola bilər, nəticədə bitkoin və digər koinlər kəskin ucuzlaşar. Təkrar edirəm ki, kriptovalyutalar iqtisadi yox, alverçi aləti olduğuna görə iqtisadçı bu barədə inamla danışa bilmir.

Məsələn, Tramp sabah çıxıb desə ki, “biz araşdırdıq, kriptovalyutalar iqtisadiyyata böyük ziyan vurur və dolları dəyərdən salır”, o zaman bitkoinin dəyəri 4-5 min dollara qədər düşə bilər. Yəni kriptovalyuta daha çox xəbər axınına bağlı bir aktivdir”.

Surxay Atakişiyev, Bizim.Medi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO