Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə ŞAD XƏBƏR

Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə ŞAD XƏBƏR

Hazırda oxunan: Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə ŞAD XƏBƏR

584778

Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq veriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 

Layihəyə əsasən, dövlət qulluqçusunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinin 6 misli miqdarında birdəfəlik haqq verilir.


Verilən məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmur.

Mövcud qanunvericiliyə görə, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
 

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə ona ödənilən məbləğdən vergi tutulmayacaq.


Həmçinin, “Sosial sığorta haqqında” Qanuna bu məbləğdən məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlərin tutulmaması təklif edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO