Azərbaycanın Azeri Light markalı neftinin dünya bazarındakı qiyməti 0,95 dollar və ya 1,42% azalaraq 66 dollara düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya ticarət nəticələrində yer alıb.
Brent markalı neftin fevral fyuçerslərinin qiyməti isə 63,77 dollar təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azərbaycan neftinin (Azeri Light) bir barelinin qiyməti 0,98 dollar və ya 1,51% azalaraq 64,07 dollara enib.
Azərbaycanın dövlət büdcəsində cari il üçün neftin qiyməti bir barel üçün 70 dollar səviyyəsində götürülüb.
Xatırladaq ki, Azeri Light neftinin minimum qiyməti 21 aprel 2020-ci ildə — 15,81 dollar, maksimum qiyməti isə iyul 2008-ci ildə — 149,66 dollar olub.
Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə müqavilə çərçivəsində hasil edilir. SOCAR-ın bu kontraktdakı payı 31,65% təşkil edir.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
10:30 / 09.12.2025
Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
584582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































