Fermerlərə ŞAD XƏBƏR – Bu metodla xəstəlik və zərərverici riskləri əvvəlcədən görmək mümkündür

Fermerlərə ŞAD XƏBƏR – Bu metodla xəstəlik və zərərverici riskləri əvvəlcədən görmək mümkündür

Hazırda oxunan: Fermerlərə ŞAD XƏBƏR – Bu metodla xəstəlik və zərərverici riskləri əvvəlcədən görmək mümkündür

584478

“İqlim dəyişiklikləri son illərdə kənd təsərrüfatına, su ehtiyatlarına və torpaqlarımıza ciddi təsir göstərir. Ona görə də idarəetmə mexanizmlərimizin daha dəqiq, operativ və məlumat əsaslı olması zərurətə çevrilib. 

Aqrar sahədə rəqəmsal transformasiya proqramı bugün məhz buna görə formalaşıb. Bu proqram çərçivəsində artıq 30-dan çox süni intellekt ssenarisi müəyyən edilib və onların bir hissəsi real nəticə verməyə başlayıb. Ssenarilər bitki xəstəliklərinin erkən aşkarlanmasından tutmuş suvarmanın dəqiq planlaşdırılmasına, torpaq xəritələrinin hazırlanmasına və məhsuldarlıq proqnozlarına qədər geniş spektri əhatə edir”.

Bizim.Media xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafına mühüm töhfə verəcək süni intellekt ssenariləri mövcuddur:

“Hazırlanmış rəqəmsal proqramın bitki sağlamlığı üzrə modeli fermerlərə xəstəlik və zərərverici risklərin əvvəlcədən görmək imkanı yaradır. Bu həm pestisid istifadəsini azaldır, həm də torpaq və su ehtiyatlarına daha az yük salır. Torpaq xəritəsi isə göstərir ki, hansı ərazidə torpağın turşululuq və qələviliyi nə qədərdir, üzvi maddə səviyyəsi necədir və buna uyğun olaraq gübrələmə necə aparılmalıdır. Bu, torpağın uzunmüddətli məhsuldarlığının qorunması üçün olduqca önəmli faktordur.

Suvarma modeli də mühüm yenilikdir. 
 

Hər bölgənin iqlim şəraitini, torpaq xüsusiyyətlərini və bitki növünü nəzərə alaraq su tələbatını hesablayır. Bu, həm su israfının qarşısını alır, həm də enerji xərclərini azaldır. Fermer reytinqi modeli isə həm ekoloji davranışı, həm də təsərrüfatın idarəetmə keyfiyyətini qiymətləndirən bir mexanizmdir. Bu, dövlət dəstəklərinin daha düzgün istifadəsini formalaşdırır və fermerləri daha dayanıqlı yanaşmaya təşviq edir.


Xüsusilə qeyd etmək istərdim ki, layihə çərçivəsində hazırlanan bütün xəritə və modullar dəyişən peyk, iqlim və torpaq məlumatları ilə müxtəlif vaxt aralığında (saatlıq, günlük, aylıq) yenilənməklə baş verən hadisələri əvvəlcədən proqnozlaşdırmağa və zamanında qərar verməyə imkan yaradır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO