“Bəzi vətəndaşlar xaricdən gətirilən məhsulları bəyan etmirlər” – Dövlət Gömrük Komitəsinin sədri

“Bəzi vətəndaşlar xaricdən gətirilən məhsulları bəyan etmirlər” – Dövlət Gömrük Komitəsinin sədri

Hazırda oxunan: “Bəzi vətəndaşlar xaricdən gətirilən məhsulları bəyan etmirlər” – Dövlət Gömrük Komitəsinin sədri

584417

“Bəzi Azərbaycan vətəndaşları vəsaitlərini xaricdə xərcləməyə hazırdır, amma məhsulların bəyan edilməsində kənarlaşmaya cəhd göstərirlər”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, vətəndaşlar qanun-qayda əsasında məhsulları gətirməli və bəyan etməlidirlər: 

"Əgər məhsullar bəyan edilərsə, heç bir problem yaşanmayacaq. Azərbaycana hər hansı bir əşyanın, geyim, telefon, mobil cihazlar və yaxud digər əşyaların gətirilməsinə (qanunlarla qadağan olunmuş əşyalardan başqa da) heç bir məhdudiyyət yoxdur. Sadəcə bunun prosedur qaydaları var. Onları bəyan etmək və gömrük ödənişlərini ödəmək lazımdır". (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO