Avtomobil bazarında AJİOTAJ – Süni qiymət artıranlar cəzalandırılacaq?

Avtomobil bazarında AJİOTAJ – Süni qiymət artıranlar cəzalandırılacaq?

Hazırda oxunan: Avtomobil bazarında AJİOTAJ – Süni qiymət artıranlar cəzalandırılacaq?

584037

Süni qiymət artımı günümüzün acı reallığıdır. Mütəmadi olaraq hansısa məhsulun, malın qiymətində artım müşahidə edirik. Təbii ki, qiymət artımlarının çox zaman heç bir iqtisadi əsaslandırması olmur.

Ən pisi də odur ki, qiymət artımı daha çox psixoloji amillə bağlı olur. Məsələn, elektrik və hibrid avtomobillərin idxalına tətbiq edilən vergi güzəştləri 2026-cı ilin 1 yanvarından ləğv olunacaq. Lakin bu qərar müzakirəyə çıxarılandan dərhal sonra Çindən gətirilən avtomobillərin qiymətində 10-15 faiz bahalaşma oldu.

Ekspertlərin fikrincə, ilin sonuna qədər sözügedən avtomobillərin qiyməti 25-30 faizə qədər yüksələcək.

Maraqlıdır ki, vergi güzəştləri qüvvədə olduğu bir zamanda bu qədər qiymət artımı necə baş verə bilir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bizdə qiymət artımları çox zaman subyektiv amillərlə bağlı olur:

“Dekabr ayının 31-dək ölkəmizə gətirilən elektrik və hibrid avtomobillər ƏDV-dən azaddır. Bu da o deməkdir ki, güzəştlər hələ qüvvədədir. Bu səbəbdən güzəşt müddətinin başa çatmamış qiymətlərin artırılması qanusuzluqdur, sui-istifadə halıdır. Çünki avtomobillər 5 ay əvvəl hansı qiymətlə ölkəmizə gətirilirdisə, bu gün də həmin qiymətlərlə idxal olunur. Ona görə də qiymət artımının heç bir hüquqi və iqtisadi əsası yoxdur”.

Müsahibimiz təəssüflə qeyd edib ki, ölkəmizdə qiymət artımı bir çox hallarda psixoloji amillərlə bağlı olur:

“Hansısa informasiyadan bəhrələnərək anındaca qiymətləri qaldırırlar. Bu isə həm sui-istifadə halı, həm də inhisarçılıqdır. Ona görə də belə hallara yol verənlər qanunla ən sərt şəkildə cəzalandırılmalıdır”.

Nəzərə alaq ki, süni qiymət artımı həm də istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Bəs bu istiqamətdə hansı addımlar atılır?

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sorğu ünvanladıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO