Ərzaq qiymətləri ilə bağlı KRİTİK PROQNOZ – Bu qədər bahalaşma olacaq

Ərzaq qiymətləri ilə bağlı KRİTİK PROQNOZ – Bu qədər bahalaşma olacaq

Hazırda oxunan: Ərzaq qiymətləri ilə bağlı KRİTİK PROQNOZ – Bu qədər bahalaşma olacaq

583654

Azərbaycan Mərkəzi Bankı 2026-cı il üçün orta illik inflyasiyanı təqribən 5,3 % olaraq proqnozlaşdırır. Maliyyə Nazirliyinin proqnozlarına əsasən isə, 2026-cı ildə ölkədə illik inflyasiyanın 4,8 % təşkil edəcəyi gözlənilir.

Təbii ki, inflyasiyanın olması bir sıra sahələrdə, o cümlədən ərzaq qiymətlərində özünü göstərəcək.

Bəs, ərzaq qiymətləri gələn il nə qədər artacaq?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı Natiq Cəfərli deyib ki, ərzaq qiymətlərində inflyasiya bir qayda olaraq proqnozdan daha yüksək olur:

“Düşünürəm ki, növbəti ildə də belə olma ehtimalı böyükdür. Çünki hazırda ərzaq qiymətlərində inflyasiya rəsmi rəqəmlərə görə 6,7-6,8 faizdir. Növbəti ildə bu sahadə inflyasiya daha böyük olacaq.Ona görə ki, fundamental səbəblər hələ də aradan qalxmayıb.
 

Məsələn, yerli istehsalın kəskin artımı nəticəsində qiymətlərin tənzimlənəcəyi gözlənilmir. Üstəlik, əsas qidalardan olan ət və süd məhsullarında istehsal ilbəil azalır. Heyvanların baş sayında da bir qayda olaraq, azalma müşahidə olunur. Bu sahələrdə qiymət artımı aydın şəkildə görünür.


Yəqin ki, növbəti ildə bu mənfi tendensiya davam edəcək. Digər məyusedici məqam odur ki, idxaldan asılılığımız azalmır. Ərzaq məhsullarının 70-75 faizi xaricdən gətirilir. Növbəti ildə də idxalın artacağı fonunda qiymətlər yüksələcək”.

Müsahibimiz onu da əlavə edib ki, qiymət artımına psixoloji amillər də təsir göstərir:

“Yanvar ayından pensiyaların və əmək haqlarının artımı gözlənilir. Bu məsələ də istehlak bazarındakı qiymətlərə birbaşa təsir edir. Ona görə də 2026-cı ildə ərzaq məhsullarının qiymətində infilyasiyanın 2 rəqəmlə ifadə olunacağı daha real görünür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO