“Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin “minimum istehlak səbətinin tərkibi”ndəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmasına ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bunu İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zaman deyib.
Ombudsman müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılmasına ehtiyac olduğunu qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
12:01 / 07.11.2025
Bu şəxslərə ödənilən müavinət artırıla bilər – YENİ TƏKLİF
Hazırda oxunan: Bu şəxslərə ödənilən müavinət artırıla bilər – YENİ TƏKLİF
Hazırda oxunan: Bu şəxslərə ödənilən müavinət artırıla bilər – YENİ TƏKLİF
579372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































