2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat proqnoza qarşı 3,8% və ya 968,5 mln. manat artıq icra olunaraq 26 395,5 mln. manat təşkil edib.
Bizim.Media-nın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektoru üzrə daxilolmalar 12 859,2 mln. manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1 208,2 mln. manat və ya 10,4%, 2020-ci illə müqayisədə isə 2179,6 mln. manat və ya 20,4% çoxdur.
Qeyd edək ki, büdcənin qeyri-neft sektoru üzrə daxilolmaları ümumi gəlirlərin 48,7%-inə bərabər olub ki, bu da 2020-ci il ilə müqayisədə 5,4 faiz bəndi çoxdur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:19 / 21.01.2022
Büdcədə qeyri-neft gəlirlərinin payı artıb - MƏBLƏĞ
Hazırda oxunan: Büdcədə qeyri-neft gəlirlərinin payı artıb - MƏBLƏĞ
Hazırda oxunan: Büdcədə qeyri-neft gəlirlərinin payı artıb - MƏBLƏĞ
56444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.