Azərbaycanın qeyri-neft ixracı 870 milyon dollar artıb

Hazırda oxunan: Azərbaycanın qeyri-neft ixracı 870 milyon dollar artıb

55629

Ötən il Azərbaycanın qeyri-neft ixracı 2020-ci illə müqayisədə 870 milyon dollar artaraq 2,7 milyard dollar təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, 2021-ci il üçün meyvə-tərəvəzin qeyri-neft ixracında xüsusi çəkisi 630,4 milyon dollar təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan ən çox bu ölkələr qeyri-neft məhsulları alıb – SİYAHI


Göstərilən dövrdə qara metalların ixracı 2 dəfə, pambıq ipliyin ixracı 3,1 dəfə, şəkərin ixracı 19,2 faiz, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, pambıq lifinin ixracı  58,3 faiz, alüminium və məmulatların ixracı 66,2 faiz artıb.

Azərbaycanın qeyri-neft məhsullarının ən böyük idxalçıları Rusiya, Türkiyə, İsveçrə və Gürcüstandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO