Nağdsız ödənişlərin həcmində KƏSKİN ARTIM - 9,6 milyard manat oldu 

Nağdsız ödənişlərin həcmində KƏSKİN ARTIM - 9,6 milyard manat oldu 

Hazırda oxunan: Nağdsız ödənişlərin həcmində KƏSKİN ARTIM - 9,6 milyard manat oldu 

51895

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 11 ayı ilə müqayisədə 78,7 faiz artıb.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, 2021-ci ilin 11 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9 milyard 668 milyon manat təşkil edib. 

Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 132 milyon manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 3 milyard 501 milyon manatı POS-terminallar, 34 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34,8 faizini təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO