Dekabrın 21-22-də keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda iştirak etmək üçün Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə F. Dönməz "Twitter" hesabında yazıb.
Qeyd edək ki, forum Azərbaycanın energetika naziri Pərviz Şahbazov və F. Dönməzin həmsədrliyi altında keçiriləcək.
Dekabrın 21-də Enerji Forumu çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupların iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin Səngəçal Terminalına səfəri edəcək.
Dekabrın 22-də isə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək. Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında sənədlər imzalanacaq.
Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:05 / 21.12.2021
Türkiyənin energetika və təbii sərvətlər naziri Bakıya gəldi
Hazırda oxunan: Türkiyənin energetika və təbii sərvətlər naziri Bakıya gəldi
Hazırda oxunan: Türkiyənin energetika və təbii sərvətlər naziri Bakıya gəldi
51769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.