Azərbaycan Prezidenti:

Azərbaycan Prezidenti: "Biz heç bir halda Rusiyanın rəqibi deyilik"

Hazırda oxunan: Azərbaycan Prezidenti: "Biz heç bir halda Rusiyanın rəqibi deyilik"

0:00
0:00
51310

“Bizim neft kəmərlərindən tutmuş, qaz kəmərlərinədək bütün enerji layihələrimiz regionda çox dostyana mühitdə tamamlanıb. Bu, birincisi. İkincisi, Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan qaz hasilatı və ixracını artıracaq? - İlham Əliyev AÇIQLADI


“Dəfələrlə qeyd etdiyim kimi, bu məsələlər bəzən süni şəkildə şişirdilir. Biz heç bir halda Rusiyanın rəqibi deyilik. Çünki Rusiya Avropanı yüz milyardlarla kubmetr qazla təchiz edir və Rusiya qazına tələbat artır. Azərbaycan yeni başlayıb və qeyd etdiyim kimi, bizim Avropaya təchizatımız 2023-cü ildə 11 milyard kubmetr olacaq və əgər yeni müqavilələrimiz olmasa, yeni hasilata investisiya yatırmasaq, bu, belə qala bilər. Ona görə də, bu, heç bir halda bizim Rusiya ilə çox müsbət və yaxşı balanslaşdırılmış münasibətlərimizdə mənfi rol oynaya bilməz”, - Prezident bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO