Uçot dərəcəsinin daha 1 faiz bəndi azaldılaraq 14%-ə endirilməsi fonunda Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu gün daha 5,6% azalaraq 0,1084 manat (1 manat/9,2251 lirə) səviyyəsinə enib ki, bu da yeni tarixi minimumdur.
Bizim.Media-nın Azərbaycan Mərkəzi Bankının göstəricilərinə istinadən xəbər verir ki, lirənin manata qarşı məzənnəsi son bir ayda 33,5%, ilin əvvəlindən isə 2,1 dəfə azalıb.
Lirə ilin əvvəlindən dollara qarşı da dəyərinin yarısından çoxunu itirib və hazırda Türkiyə Mərkəzi Bankının (TMB) rəsmi məzənnəsinə görə, 1 dollar 15,2392 lirə təşkil edir.
Mill valyutanın dəyərsizləşməsi fonunda, hökümət ölkədə gələn il üçün minimum əməkhaqqını 50,4% artıraraq 2 826 lirədən 4 250 lirəyə çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:23 / 17.12.2021
Lirə manata qarşı kəskin ucuzlaşdı – Tarixi minimum
Hazırda oxunan: Lirə manata qarşı kəskin ucuzlaşdı – Tarixi minimum
Hazırda oxunan: Lirə manata qarşı kəskin ucuzlaşdı – Tarixi minimum
51088
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.