Mikayıl Cabbarov türkiyəli nazirlə görüşdü – Nələr müzakirə edildi?

Mikayıl Cabbarov türkiyəli nazirlə görüşdü – Nələr müzakirə edildi?

Hazırda oxunan: Mikayıl Cabbarov türkiyəli nazirlə görüşdü – Nələr müzakirə edildi?

50828

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçılarının siyasi iradəsinin, dostluq və qardaşlıq münasibətlərinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. 

Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Qardaş ölkələr arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. 

Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə 1-ci yerdədir. Azərbaycanda qeyri-neft sektoruna investisiya yatıran ölkə isə Türkiyədir.

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətləri fəallıq göstərirlər və bu, qardaşlığımzı bir daha nümayiş etdirir.

Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrin qurulmasında rolu və müxtəlif sahələrdə tərəfdaşlığın gücləndirilməsi potensialı diqqətə çatdırılıb.

Türkiyənin ticarət naziri Mehmet Muş ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycan-Türkiyə iş birliyinin daha da gücləndirilməsi istiqamətləri bardə fikirlərini bildirib.

Tərəflər iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO