Lirənin manata qarşı məzənnəsi tarixi minimuma endi

Lirənin manata qarşı məzənnəsi tarixi minimuma endi

Hazırda oxunan: Lirənin manata qarşı məzənnəsi tarixi minimuma endi

0:00
0:00
50375

Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi qısamüddətli cüzi artımdan sonra bu gün daha 0,5% azalaraq 0,1226 manata (1 manat/8,1566 lirə) enib ki, bu da yeni tarixi minimum sayılır.

Bizim.Media Azərbaycan Mərkəzi Bankının göstəricilərinə əsasən xəbər verir ki, lirənin manata qarşı məzənnəsi son bir ayda 28,1%, ilin əvvəlindən isə 46,5% azalıb.

Dekabrın 10-da azalmış ehtiyatlarına baxmayaraq, Türkiyə Mərkəzi Bankı (TMB) bazara müdaxilə edərək növbəti dollar satışı üzrə əməliyyatlar həyata keçirmişdi.

Nəticə olaraq müdaxilələrin gözəçarpan fərqi hiss olunmasa da, hazırda lirənin dollara qarşı məzənnəsinin 1 dollar/13,8596 lirə səviyyəsində qalıb.

Qeyd edək ki, geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsinin yüksəldilməsi istəklərinə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO