Bu il Azərbaycanda əmtəə ixracı nə qədər olub? - RƏSMİ

Bu il Azərbaycanda əmtəə ixracı nə qədər olub? - RƏSMİ

Hazırda oxunan: Bu il Azərbaycanda əmtəə ixracı nə qədər olub? - RƏSMİ

49972

Azərbaycanda bu ilin 9 ayında əmtəə ixracı 13,9 milyard dollar təşkil edib. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin bahalaşması (49 faiz və ya 1,5 dəfə) səbəbindən Azərbaycanda neft-qaz sektoru üzrə ixracın həcmi 43 faiz artaraq 12,2 milyard dollar olub. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Mərkəzi Bankı yayıb.

Mənbə qeyd edir ki, ixrac olunmuş neft məhsullarının (9,6 milyard dollar) 8,9 milyard dolları xam neftin, 627 milyon dolları isə neft emalı məhsullarının payına düşür. 

2021-ci ilin 9 ayı üzrə qeyri-neft ixracı 38,1 faiz artaraq 1,7 milyard dollar olub.

Hesabat dövründə əmtəə idxalı 0,9 faiz artaraq 7,5 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3,6 milyard dollar olub, bunun da 1,2 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 3,2 faiz artaraq 6,2 milyard dollar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO