DİQQƏT - Azərbaycan mühəndisləri üçün İLK DƏFƏ

DİQQƏT - Azərbaycan mühəndisləri üçün İLK DƏFƏ

Hazırda oxunan: DİQQƏT - Azərbaycan mühəndisləri üçün İLK DƏFƏ

0:00
0:00
49853

Türkiyənin İqlimləndirmə Sənayesinin qlobal iş ortağı İqlimləndirmə Sənayesi İxracatçıları Birliyi (İSİB) iqlimləndirmə sənayesində çalışan mühəndis və mütəxəssislər üçün mühüm seminarın ilkini qardaş ölkə Azərbaycanda keçirəcək.

Bizim.Media-ya bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

İSİB idarə heyətinin sədri Mehmet Şanalın iştirakı ilə 20 dekabr 2021-ci il tarixində keçiriləcək seminarda Türkiyə Quraşdırma Mühəndisləri Dərnəyi (TTMD) mütəxəssisləri mexaniki sistemlərdən enerji səmərəliliyi, HVAC sistemlərinin istifadə yerlərinə görə dəyişikliklər və seçim müxtəlifliyinə kimi bir çox mövzuda məlumatlar paylaşılacaq.

Mehmet Şanal Azərbaycanda keçiriləcək seminarla bağlı açıqlamasında “Türkiyə İqlimləndirmə Sənayesi olaraq peşəkar intellektuallığı artırmaq üçün həm rəqəmsal, həm də ənənəvi kommunikasiya kanallarında mühüm işlər həyata keçirildiyini qeyd edib: 

“Azərbaycanda və xaricdə ilk dəfə keçirəcəyimiz bu mühüm seminarla xaricdəki tərəfdaşlarımızın da dünyadakı iqlimləndirmə trendləri, sistem arxitekturası və yaşıl texnologiyalar başda olmaqla bir çox mövzuda məlumatlandırılmasını təmin edəcəyik. İnanıram ki, Azərbaycandakı tərəfdaşlarımız bu seminardan alacaqları məlumatlar sayəsində üzərində işləyəcəkləri layihələrə yeni baxışlar əlavə edəcək. Həmçinin qarşıdakı aylarda oxşar seminarları təkrarlayaraq böyük kütlələrə çıxış əldə edəcəyik. Düşünürük ki, dünyamızın iqlimləndirmə sektoruna dünənkindən daha çox ehtiyacı var”, - deyə Birlik rəhbəri deyib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO