Azad edilən ərazilərdə “Ağıllı bina”lar inşa ediləcək - Prezidentin xüsusi nümayəndəsi

Azad edilən ərazilərdə “Ağıllı bina”lar inşa ediləcək - Prezidentin xüsusi nümayəndəsi

Hazırda oxunan: Azad edilən ərazilərdə “Ağıllı bina”lar inşa ediləcək - Prezidentin xüsusi nümayəndəsi

49311

"Ağdam şəhərinin mərkəzinə elektrik xəttinin çəkilişi düz bir il çəkdi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda səsləndirib.

Onun sözlərinə görə, artıq Ağdam şəhərinin elektrik enerjisi var:

“Ümid edirik ki, Qarabağda infrastrukturun bərpasından sonra ilkin yaşayış məhəllələrinin tikilməsinə, məktəb və xəstəxanaların inşasına başlanılacaq. Qeyd edim ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək beş rezident var”.

Emin Hüseynov innovasiyalar haqqında da söz açıb:

“İlk növbədə işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası məsələsidir. Sonra isə əhalinin ora qayıdışının təmin edilməsidir. İşğaldan azad edilmiş ərazilərdə çoxlu imkanlar var, orda "Ağıllı kənd”lər, "Ağıllı şəhər”lər, həmçinin "Ağıllı bina”lar, rəqəmsal bərpa sistemləri olmalıdır. Bu gün bu istiqamətdə çox maraqlı layihələr var”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO