Noyabrın 30-da Lənkəranda “Avropa İttifaqının Azərbaycanın Lənkəran rayonuna dəstəyi Proqramı”nın başlaması ilə bağlı tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Tədbirdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyinin, BMT-nin İnkişaf Proqramının və Lənkəran-Astara iqtisadi rayonuna daxil olan rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.
Tədbirdə məlumat verilib ki, 6 il müddətinə icra olunacaq “Avropa İttifaqının Azərbaycanın Lənkəran rayonuna dəstəyi Proqramı”nın ümumi büdcəsi 13,5 milyon avrodur.
“Lənkəran-Astara iqtisadi rayonuna Avropa İttifaqının dəstəyi” layihəsinin qrup rəhbəri Vin Deyvis layihə barədə təqdimatla çıxış edib. O bildirib ki, layihəsinin əsas məqsədi regional ərazi planlaşdırma sisteminin təkmilləşdirilməsi, meyvə-tərəvəz sektorunda müasir yerli iqtisadi və icma əməkdaşlıq mərkəzi şəbəkəsinin yaradılması, meyvə və tərəvəz sektorunun rəqabət qabiliyyətinin və əlavə dəyərinin artırılmasıdır. Ümumi dəyəri 5 milyon avrodan çox olan layihənin icra müddəti 38 aydır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:46 / 01.12.2021
Avropa İttifaqı Lənkərana 5 milyon avro ayırdı
Hazırda oxunan: Avropa İttifaqı Lənkərana 5 milyon avro ayırdı
Hazırda oxunan: Avropa İttifaqı Lənkərana 5 milyon avro ayırdı
48580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.