Türkiyə Mərkəzi Bankı milli valyutanın kəskin volatilliyini sabitləşdirmək üçün valyuta intervensiyalarına başladığını açıqlayıb.
Bizim Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
“Məzənnələrdə müşahidə olunan qeyri-sağlam dəyər formalaşması səbəbindən bazarda valyuta satışı sferasına birbaşa müdaxilə var”. TASS agentliyi Türkiyə Mərkəzi Bankının bəyanatından sitat gətirib.
Mərkəzi Bankın açıqlamasından sonra ticarət məlumatlarına görə türk lirəsi dollar qarşısında 7%-dən çox bahalaşıb.
İlin əvvəlindən Türkiyə valyutası 70% devalvasiyaya uğrayıb ki, bu da son illərin ən böyük dəyər itirmələrindən biri olub. Yanvar ayında 1 dollara təxminən 7,3 lirəyə dəyişdirilib. Ötən həftə lirə 13 baryerini keçərək bütün zamanların eniş rekordunu müəyyənləşdirib.
Bizim Media