Bu ilin 10 ayında Azərbaycan təbii qazın ixracından 3 milyard (2 951 453.24 min) dollar gəlir əldə edib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən qazın həcmi isə 15 milyard kub metrə bərabər olub.
Təbii qazın ixracı 10 ayın ümumi ixracında 17,52 faizlik paya malik olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə təbii qazın ixracından ölkəmizin gəlirləri 1 milyard dollara qədər çox olub.
Belə ki, 2020-ci ilin yanvar-oktyabr aylarında qaz ixracından Azərbaycana 2 milyard (2 044 476.78 min) dollardan bir qədər artıq vəsait daxil olub.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:22 / 30.11.2021
Təbii qaz ixracından gəlirlər artdı
Hazırda oxunan: Təbii qaz ixracından gəlirlər artdı
Hazırda oxunan: Təbii qaz ixracından gəlirlər artdı
48310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.