İran mallarının Azərbaycan ərazisindən tranzit həcmi ikiqat artdı

İran mallarının Azərbaycan ərazisindən tranzit həcmi ikiqat artdı

Hazırda oxunan: İran mallarının Azərbaycan ərazisindən tranzit həcmi ikiqat artdı

47524

İranın Dövlət Avtomobil Yolları Agentliyi yanında Tranzit Baş İdarəsinin rəisi İran mallarının Azərbaycan ərazisi üzərindən tranzitinin iki dəfə artdığını deyib. 

Bizim.Media fars mətbuatına istinadən xəbər verir ki, Cavad Hidayəti noyabrın 23-də bildirib ki, son 10 ayda Azərbaycan ərazisindən digər ölkələrə yüklərin tranziti 94% artıb.

“Son 10 ayda İranın yük nəqliyyatı donanmasına aid 60 min nəqliyyat vasitəsi dörd gömrük məntəqəsindən Azərbaycan ərazisinə daxil olub”-deyə o, əlavə edib.
 

Hidayəti Azərbaycan ərazisindən yüklərin tranzitində artımın əsas amillərindən biri kimi İranla Rusiya arasında ticarət dövriyyəsinin çoxalmasını qeyd edib.


Ötən ilki gömrük statistikası göstərir ki, İranın Rusiyaya tranzit yüklərinin 57%-i Azərbaycandan, 42%-i Xəzər dənizindən və cəmi 1%-i Ermənistandan keçib.

Bu, son bir neçə ayda İran rəsmilərinin Azərbaycan hökumətinin ünvanına saxta ittihamlar səsləndirərək, Gorus-Qafan marşrutu üzrə İran yük maşınlarının Rusiyaya tranzit yolunun bağlandığı barədə iddialarının doğru olmadığını göstərir.

Rusiyanın gömrük statistikasına görə, bu ölkənin 2021-ci ilin ilk doqquz ayında İrana ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 2,2 milyard dollara, İrandan idxalı isə 24% artaraq 711 milyon dollara çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO