Gürcüstanın qaz idxalında Azərbaycanın payı 70 faizdir

Gürcüstanın qaz idxalında Azərbaycanın payı 70 faizdir

Hazırda oxunan: Gürcüstanın qaz idxalında Azərbaycanın payı 70 faizdir

0:00
0:00
46757

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycandan 162 milyard 855,62 min dollar dəyərində qaz idxal edib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Hesabata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan idxal edilən məhsulun dəyəri 41 milyard 758,6 min dollar və ya 20,4%, həcmi isə 191 797,78 ton və ya 15,05% azalıb.

Belə ki, ötən il Gürcüstan Azərbaycandan 204 milyon 614,22 min dollar dəyərində 1 milyard 273 633,72 ton qaz idxal edib.

Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan ümumilikdə 235 milyon 802,5 min dollar dəyərində qaz idxal edib. Bu dövrdə Gürcüstanın qaz idxalında Azərbaycanın payı 69,06% təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO