Azərbaycanda qaz hasilatı artdı

Azərbaycanda qaz hasilatı artdı

Hazırda oxunan: Azərbaycanda qaz hasilatı artdı

46570

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda təbii qaz hasilatı 35,7 milyard kubmetri, o cümlədən əmtəə qazının hasilatı 26,4 milyard kubmetri ötüb.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 18,2 və 23,6 faiz artıb.

Hesabat dövründə neft və qaz kondensatının hasilatı 21,3 milyon tona bərabər olub ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,3 faiz çoxdur.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda təbii qaz hasilatı 36,7 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 26,06 milyard kubmetrdən çox olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO