TRACEKA-nın Azərbaycan hissəsində 27,1 milyon ton yük daşınıb

TRACEKA-nın Azərbaycan hissəsində 27,1 milyon ton yük daşınıb

Hazırda oxunan: TRACEKA-nın Azərbaycan hissəsində 27,1 milyon ton yük daşınıb

42293

Cari ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACEKA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 27,1 milyon ton, yük dövriyyəsi isə 6 milyard 408,3 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, yüklərin 15 milyon 224,1 min tonu və ya 56,1 faizi avtomobil nəqliyyatı, 8 milyon 819,3 min tonu və ya 32,5 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 99,1 min tonu və ya 11,4 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,3 faizini və ya 6 milyon 43,1 min tonunu tranzit yüklər təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO