Gürcüstanın Azərbaycana nə qədər borcu var? - MƏBLƏĞ

Gürcüstanın Azərbaycana nə qədər borcu var? - MƏBLƏĞ

Hazırda oxunan: Gürcüstanın Azərbaycana nə qədər borcu var? - MƏBLƏĞ

42146

Bu il oktyabrın 1-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana borcu 4,4 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Sənədə əsasən, borcun məbləği sentyabrda dəyişməyib.

Gürcüstanın ümumi xarici dövlət borcu isə 7,9 milyard dollara bərabərdir ki, bunun da 7,5 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın digər qonşu ölkələrə - Türkiyə (8,529 milyon dollar), Rusiya (31,57 milyon dollar) və Ermənistana (4,21 milyon dollar) olan borcu da aylıq müqayisədə dəyişməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO