"Azərbaycanın qaz ehtiyatları 14,8 faiz artı" - OPEC

Hazırda oxunan: "Azərbaycanın qaz ehtiyatları 14,8 faiz artı" - OPEC

39712

2020-ci ildə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2019-cu illə müqayisədə 14,8 faiz artaraq 2,2 trilyon kubmetrə çatıb.

Bizim.Media bu barədə OPEC-in illik statistik bülleteninə istinadən məlumat verir.

Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları 2016-cı ildə 1,277 trilyon kubmetr, 2017-ci ildə 1,27 trilyon kubmetr, 2018-ci ildə 1,435 trilyon kubmetr, 2019-cu ildə isə 1,9 trilyon kubmetr təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bu il Türkiyəyə nə qədər qaz ixrac edib? - STATİSTİKA


Hesabata əsasən, ölkədə əmtəə qazının hasilatı 2020-ci ildə əvvəlki illə müqayisədə 7,7 faiz artaraq 20,811 milyard kubmetrə çatıb.

Bu göstərici 2016-cı ildə 17,5 milyard kubmetr, 2017-ci ildə 16,9 milyard kubmetr, 2018-ci ildə 17,8 çilyard kubmetr, 2019-cu ildə isə 20,811 milyard kubmetr təşkil edib.

Eyni zamanda, 2020-ci il Azərbaycanın qaz ixracı 12,4 faiz azalaraq 9,9 milyard kubmetr olub.

Azərbaycanın qaz ixracı 2016-cı ildə 7,62 milyard kubmetr, 2017-ci ildə 8,03 milyard kubmetr, 2018-ci ildə 9,19 çilyard kubmetr, 2019-cu ildə isə 11,3 milyard kubmetrə bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO