Neft ölkələrinə OPEC-dən MÜJDƏ – 2045-ə qədər… 

Neft ölkələrinə OPEC-dən MÜJDƏ – 2045-ə qədər… 

Hazırda oxunan: Neft ölkələrinə OPEC-dən MÜJDƏ – 2045-ə qədər… 

39186

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “2021 Dünya Neft Mənzərəsi" adlı hesabatı dərc edilib.

Bizim.Media xəbər verir ki, hesabat 2045-ci ilədək qlobal iqtisadiyyat, enerji və neftə olan tələbat və təkliflərlə bağlı orta və uzunmüddətli proqnozları özündə əks etdirir.

Hesabata görə, koronavirus epidemiyasının təsiri olduğu 2020-ci ildə gündəlik 275 milyon 400 min neft ekvivalentinə bərabər olan qlobal enerji tələbatı 2045 -ci ildə gündəlik 352 milyon barelə çatacaq. 

Asiya, Afrika və Orta Şərqdə əhalinin artımı tələbə öz təsirini göstərəcək. 

OPEC üzvü olmayan ölkələrin enerji tələbatı 2045-ci ilə qədər 250 milyon barel neft ekvivalentinə yüksələcək. Bu qlobal enerji tələbatının 70 faizindən çoxunu təşkil edəcək.

Tələb artımda əhali sayı ilə yanaşı Asiya, Afrika və Yaxın Şərqdə iqtisadiyyatların inkişafı rol oynayacaq.

OPEC-in yanaşmasına görə, 2020-2045-ci illərdə bərpa olunan enerji, təbii qaz və nüvə kimi digər enerji mənbələrində güclü artımın olacağına baxmayaraq, neft qlobal enerji portfelində ən böyük paya sahib olmaqda davam edəcək.

Xatirə, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO