Bir ayda əhali banklardan nə qədər əmanəti geri çəkib? - RƏSMİ 

Bir ayda əhali banklardan nə qədər əmanəti geri çəkib? - RƏSMİ 

Hazırda oxunan: Bir ayda əhali banklardan nə qədər əmanəti geri çəkib? - RƏSMİ 

38633

Azərbaycanda sentyabr ayının 1-nə olan məlumata görə, fiziki şəxslərin banklarda saxlanılan əmantlərinin həcmi 8 milyard 559.1 milyon manata bərabər olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qızıl yataqları ilə bağlı müqavilə imzalanıb? - AÇIQLAMA


Bildirilib ki, əmanətlərdən 4 milyard 731 milyon manatı milli valyuta ilə, 3 milyard 828.1 milyon manatı isə xarici valyuta ilə saxlanılır. 

Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi əmanətlərin həcminin artdığı qeyd olunub. O cümlədən manatla qoyulan əmanətlərin həcmində artım olub.

Xarici valyuta ilə qoyulan əmanətlərin həcmi isə 322.7 milyon manat ekvivalentində azalıb. 

Bu ilin iyul ayının göstəriciləri ilə müqayisədə isə əmanətlərin həcmi azalıb. Bir ayda fiziki şəxslərin banklardan 46.8 milyon əmanəti geri çəkdiyi məlum olub. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO