Azərbaycandakı işgüzar mühitə dair sənəd təqdim edildi

Azərbaycandakı işgüzar mühitə dair sənəd təqdim edildi

Hazırda oxunan: Azərbaycandakı işgüzar mühitə dair sənəd təqdim edildi

0:00
0:00
38387

Bakıda Alma-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azerbaijan") “Azərbaycanda əcnəbi sahibkarlıq: işgüzar ab-hava 2021” illik hesabatının təqdimatı keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl cabbarov, "AHK Azerbaijan"ın direktoru Tobias Baumann, qurumun idarə heyətinin sədri Fərid İsayev, icraçı direktorunun müavini Nigar Bayramlı iştirak edib. 

2021-ci ildə koronavirus pandemiyasına baxmayaraq Azərbaycanın bir çox nailiyyətlərinin olduğunu qeyd edən F.İsayev Qarabağ və Şərqi Zəngəzur bölgələrində iqtisadi inkişaf üçün mühüm əhəmiyyat daşıyan yeni Füzuli Beynəlxalq Hava Limanına sentyabrın 5-də ilk sınaq uçuşu həyata keçirildiyini xatırladıb. 

Natiq bildirib ki, əcnəbi, o cümlədən almanı sərmayədarlar Qarabağın bərpasına dair layihələrə xeyli maraq göstərir, AHK isə buna hər cür dəstək verməyə hazırdır. 

Tədbirdə Azərbaycan iqtisadiyyatının başlıca nailiyyətləri, təqdim edilib, əcnəbi sərmayələr üçün yaradılmış imkanlardan söhbət açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO