DOLLAR qərarının vaxtı məlum oldu – FED-in mərhələli planı nədir?

DOLLAR qərarının vaxtı məlum oldu – FED-in mərhələli planı nədir?

Hazırda oxunan: DOLLAR qərarının vaxtı məlum oldu – FED-in mərhələli planı nədir?

38112

Xəbər verdiyimiz kimi, bu gün Federal Ehtiyatlar Departamentinin dolların uçot dərəcəsi ilə bağlı qərar verəcəyi gözlənilir. 

Bizim.Media-nın xəbərinə görə, qərarın açıqlanacağı vaxt bəlli olub. FED sədri Cerom Pouellin Bakı vaxtı ilə saat 22:30-da mətbuat konfransı keçirərək, açıqlama verəcəyi gözlənilir. 
 

Qeyd edək ki, ekspertlər hələ ki dolların faiz dərəcəsinin artırılacağını düşünmürlər. Hesab olunur ki, ABŞ Mərkəzi Bankı faizləri 0-0,25% aralığında saxlayacaq. 


FED gözlənilən mühüm qərar hələlik istiqraz alışının azaldılmasıdır. Bu isə növbəti mərhələdə dolların bahalaşması sürətləndirə bilər.

Qeyd edək ki, FES-lə yanaşı dünyanın böyük banklarının da milli valyutaların faiz dərəcələrini hələ ki, eyni səviyyədə saxlayacağı gözlənilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Qlobal innovasiyalar reytinqində Azərbaycanın mövqeyi yaxşılaşdı


Yaponiya Mərkəzi Bankı artıq faiz qərarını açıqlayıb. Yenin faiz dərəcəsi mənfi 0,10% kimi saxlanılıb. Sabah isə Böyük Britaniyanın Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO