Dünya taxıl qıtlığının astanasında – Azərbaycanı nə xilas edəcək?

Dünya taxıl qıtlığının astanasında – Azərbaycanı nə xilas edəcək?

Hazırda oxunan: Dünya taxıl qıtlığının astanasında – Azərbaycanı nə xilas edəcək?

32947

Bu il dünyada taxıl yığımı kəskin şəkildə azalacaq. Bu qənaətə ABŞ Kənd Təsərrüfatı Nazirliyi gəlib. Planeti təhdid edən hava fəlakətlərini əsas gətirən Nazirlik bütün dünyada taxıl yığımı ilə bağlı proqnozlarını kəskin şəkildə aşağı salıb.

Proqnoza görə, Rusiyada məhsul yığımı ilkin təxminlərdən 15% aşağı - 72,5 milyon ton olacaq.

Rusiyadan buğda ixracına dair proqnoz isə 5 milyon ton azaldılaraq, 35 milyon tona endirilib. Hesabatda ABŞ və Kanadaya dair buğda yığımı ilə bağlı proqnozlar da azaldılıb.

Məlumdur ki, Azərbaycanın ən böyük taxıl idxalçılarından biri də Rusiyadır. Şimal qonşumuzda taxıl istehsalında yaranmış durum Azərbaycana necə təsir göstərə bilər?

 

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycan iqtisadiyyatına 7,5 milyard investiya qoyulub - DETALLAR



İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında öncə bildirib ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin sözügedən açıqlaması dünyada taxıl qiymətlərinin yüksəlməsinə səbəb ola bilər ki, bu da öz növbəsində Azərbaycana təsirsiz ötüşməyə bilər:

“Amma ümumilikdə işğaldan azad olunmuş ərazilərimizin hesabına bizim taxıl istehsalı potensialımız genişlənib.

Əgər həmin ərazilərdə tam gücü ilə taxıl istehsalına başlanarsa, Azərbaycanın təlabatının 70-80 faizi ödənilə bilər”.


Bu baxımdan da iqtisadçı qarşıdakı illərdə Azərbaycanda taxıl qıtlığı probleminin yaşanmayacağını deyir. O, indiki mövsümündə də qıtlıq gözləmir:

“Bu il Qarabağda müəyyən istehsal var. Digər tərəfdən isə bizim Hövsanda Qazaxıstanla birgə taxıl terminalımız var – müqaviləyə uyğun olaraq biz ordan istədiyimiz zaman kifayət qədər taxıl götürə bilərik”.

Akif Nəsirli Azərbaycanda təqdim edilən rəsmi statistik göstəricilərin qeyri-dəqiq olduğunu, bunun proqnoz verən iqtisadçıların işini çətinləşdirdiyini deyib:

“Statistika Komitəsinin məlumatında göstərilir ki, guya yerli istehsal hesabına 100 faiz təlabatımız ödənilir. Eyni zamanda da təlabatın 50 faizi qədər də ərzaq buğdası idxal edirik. Belə çıxır ki, Azərbaycan xalqının təlabatı 150 faizdir”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO