“Azərbaycanda bank və kredit faizləri çox yüksəkdir. Və bu, biznesin inkişafına mane olan əsas amillərdəndir. Bank sektorunda rəqabətsizlik mühiti var. Çünki bank seqmentinin böyük bir hissəsi, təqribən 80 faizi 5-6 bankın nəzarətindədir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli səsləndirdi. Ekspert faizlərin yüksək olmasını rəqabətsizlklə əlaqələndirdi:
“Əsasən də biznes kreditləri çox yüksək faizlərlə təklif olunur ki, bu da kiçik və orta sahibkarlığın inkişafına ən böyük maneələrdən biridir. Məsələnin həlli yolu kimi, Mərkəzi Bank həm üzərinə götürdüyü öhdəliklərə əməl edib banklar üçün daha aşağı uçot dərəcəsi ilə kreditlərə çıxış imkanını genişləndirməlidir.
Həm də Azərbaycanın bank bazarına xarici bankların birbaşa daxil olub yerli banklarla rəqabət aparmasına şərait yaradılmalıdır ki, Avropa və Amerikanın böyük bankları Azərbaycanın bank bazarına daxil ola bilsinlər və rəqabətli mühit yaransın. Nəticədə kredit faizləri də aşağı düşsün.
Kredit faizləri o zaman aşağı düşər ki, bank bazarında rəqabət güclənsin. Bu da ümumi iqtisadi inkişafa ciddi töhfə verə bilər”.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:15 / 12.08.2021
Azərbaycanda kredit faizləri aşağı düşə bilərmi, BAZARDA KİMDİR?
Hazırda oxunan: Azərbaycanda kredit faizləri aşağı düşə bilərmi, BAZARDA KİMDİR?
Hazırda oxunan: Azərbaycanda kredit faizləri aşağı düşə bilərmi, BAZARDA KİMDİR?
32226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.