Azərbaycan-Bolqarıstan arasında energetika sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan-Bolqarıstan arasında energetika sahəsində əməkdaşlıq müzakirə edildi

Hazırda oxunan: Azərbaycan-Bolqarıstan arasında energetika sahəsində əməkdaşlıq müzakirə edildi

31933

Avqustun 9-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Azərbaycan-Bolqarıstan münasibətləri, o cümlədən energetika sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bolqarıstanda Azərbaycana həsr olunan sərgilər keçirildi - FOTO


Söhbət əsnasında Azərbaycan təbii qazının Bolqarıstana ixracı və Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası Bolqarıstana təkcə təbii qaz deyil, elektrik enerjisinin də ixracına başlayıb və bu da energetika sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Prezident Rumen Radev Azərbaycanda yaradılmış sosial innovasiya mərkəzlərinin əhəmiyyətini vurğulayaraq bu sahədə ölkəmizin təcrübəsinə maraq ifadə edib.

Bolqarıstanın dövlət başçısı Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib. Prezident İlham Əliyev dəvətə görə minnətdarlıq ifadə edərək, bu səfərin münasib vaxtda həyata keçiriləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO