Serbiya Cənub Qaz Dəhlizi vasitəsilə qaz alacaq? - DETALLAR 

Serbiya Cənub Qaz Dəhlizi vasitəsilə qaz alacaq? - DETALLAR 

Hazırda oxunan: Serbiya Cənub Qaz Dəhlizi vasitəsilə qaz alacaq? - DETALLAR 

0:00
0:00
30130

“Azərbaycanın aqrar məhsullarının Serbiyaya ixracı ilə bağlı iki ölkə arasında müzakirələr aparılıb”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan və Serbiya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. 

“Bundan başqa, kosmik peyklərimizin imkanlarından serblərin istifadə etməsi imkanlarını müzakirə etdik. Müştərək müəssisələrin yaradılması, qarşılıqlı investisiya layihələrinin icrası da gündəmdə olan məsələlərdəndir, o cümlədən energetika sahəsində əməkdaşlıq da vacib istiqamətlərdən biridir. Serbiya tərəfi Cənub Qaz Dəhlizdən bəhrələnmək və ona qoşulmaq,gqələcəkdə Azərbaycandan qaz almaqda maraqlı olduğunu bildirib. Bu istiqamətdə əməkdaşlıq eidləcəyi qeyd edilib. Ümumilikdə, turizm də daxil olmaqla bütün istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün ciddi potensialın və hər iki tərəfin niyyətinin olduğu bəyan edilib”, - deyə nazir qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO