85 min dollar alır, amma kasıb sayılır: Qiymətlər o qədər bahadır ki...

85 min dollar alır, amma kasıb sayılır: Qiymətlər o qədər bahadır ki...

Hazırda oxunan: 85 min dollar alır, amma kasıb sayılır: Qiymətlər o qədər bahadır ki...

269640

Kaliforniyada hətta altı rəqəmli gəlir də artıq rifahı təmin etmir.

Bizim.Media "Bild"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Mənzil Departamentinin məlumatında qeyd olunub.

Bildirilir ki, Los-Ancelesdə ildə 84,850 dollardan az qazanan tək adam indi aşağı gəlirli hesab olunur. Üç nəfərdən ibarət bir ailə üçün yaşayış minimumunun həddi 109,050 dollar müəyyən edilib.

Məlumatda vurğulanır ki, buna səbəb mənzil və ümumiyyətlə yaşayış xərclərinin həddən artıq yüksək olmasıdır.
 

Xəbərə görə, son 12 ildə Los-Ancelesdə kirayə haqqı 1000 dollardan aşağı olan mənzillər artıq yoxdur. Regionda bir evin orta satış qiyməti 1 milyon dolları ötüb. Oxşar vəziyyət “aşağı gəlir” həddinin ildə 92-98 min dollara yüksəldiyi San Dieqo, Orinc və Santa Barbara əyalətlərində də müşahidə olunur.


Amerikalı maliyyə analitikləri qeyd edirlər ki, əvvəllər uğur rəmzi sayılan 100 min dollar bu gün ABŞ-ın bir çox iri şəhərlərində əsas xərcləri ödəmir. Ölkənin 100 ən böyük metropoliteninin 25-də bu gəlir səviyyəsi hətta əsas ehtiyacları ödəməyə də çatmır. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO